EN

Azərbaycanda kapitan zədəli rəqibi qucağında meydandan çıxardı - VİDEO

Bu gün I Liqada keçirilən “Mingəçevir” – “Zaqtala” matçında (2:0) maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 23-cü dəqiqəsində qonaqların futbolçusu Okan Təhməzli ağır zədə alıb.

Yarımmüdafiəçi oyuna davam edə bilməyib. Hərəkət etməkdə çətinlik çəkən O.Təhməzlini “Mingəçevir”in kapitanı Kənan Quliyev qucağında meydandan çıxarıb.

“Zaqatala”nın futbolçusunun stadiondan xəstəxanaya aparıldığı deyilir.

Chosen
36
sportinfo.az

1Sources