EN

Bu ərazilərdə qaz olmayacaq

Tovuz şəhərinin bir hissəsində və rayonun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəbəkədə aşkar olunmuş sızmaların aradan qaldırılması, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş profilaktik işlərin icrası məqsədilə sabah saat 09:10-dan etibarən Tovuz şəhəri daxil olmaqla, rayonun bir neçə kəndinə qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Chosen
102
25
moderator.az

10Sources