Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr LukaÅŸenkonun iki oÄŸlu – Viktor vÉ™ Dmitri LukaÅŸenkoya qarşı 10 il müddÉ™tinÉ™ sanksiya tÉ™tbiq edib.
Ukrayna prezidentinin rəsmi saytında yayımlanan fərmana əsasən, onlar beynəlxalq sanksiyalardan yayınmağa cəhd etməkdə, qeydiyyatsız biznes fəaliyyəti göstərməkdə və Rusiyaya ikili təyinatlı mallar tədarük etməkdə ittiham olunurlar.
Sanksiya siyahısına ümumilikdə 16 Belarus vətəndaşı və 11 hüquqi şəxs daxil edilib.
Bildirilir ki, bu məhdudiyyətlər Belarus hakimiyyətinin Ukraynaya qarşı mümkün düşmənçilik addımlarının qarşısını almağa yönəlib.
Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Avropa İttifaqının 20-ci sanksiya paketi çərçivəsində Belarusa qarşı məhdudiyyətlərin genişləndirildiyini açıqlamışdı.