Bu gün UEFA Çempionlar Liqasında növbəti yarımfinal oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" doğma meydanda "Arsenal" ilə üz-üzə gəlib.
"Metropolitano" stadionunda baş tutacaq görüşdə qalib müəyyənləşməyib. Matçı niderlandlı hakim Danni Makelli idarə edib.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü mayın 5-də Londonda keçiriləcək.
Ötən tur baş tutan ilk yarımfinal qarşılaşmasında PSJ Fransada "Bayern Münhen"i 5:4 hesabı ilə üstələyib.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
29 aprel
"Atletiko Madrid" (İspaniya) – "Arsenal" (İngiltərə) 1:1
Qollar: X.Alvares, 56-pen. - V.Dyökereş, 44-pen.