AZ

"TOP-al" podkastı: İlk buraxılışda Ruslan Əmircanovdan səmimi etiraflar - VİDEO

Oxu.az-ın yeni "TOP-al" podkastının ilk buraxılışı yayımlanıb.
 
Verilişin qonağı Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov olub.
 

 

Podkastda bu il keçiriləcək dünya çempionatı ərəfəsində futbolun aktual mövzuları geniş müzakirə edilib. Ruslan Əmircanov mundialla bağlı proqnozlarını bölüşüb, favorit komandalar və sürpriz nəticələrlə bağlı fikirlərini açıqlayıb.
 
Bununla yanaşı, keçmiş futbolçu Azərbaycan futbolunun mövcud vəziyyəti, inkişaf perspektivləri barədə də danışıb. O, həmçinin karyerası ilə bağlı maraqlı xatirələrini bölüşərək səmimi etiraflar edib.
 
Veriliş zarafat, təhlil və açıq fikirlərlə yadda qalıb.
 
Həmçinin izləyicilər hədiyyə də qazana bilərlər. Şərtləri isə podkastı izlədikdə biləcəksiniz.
 
Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da Azərbaycan futbolunun tanınmış simalarının iştirakı nəzərdə tutulur.
 
Seçilən
0
50
moderator.az

10Mənbələr