May tətili öncəsi Rusiyada diqqətçəkən açıqlama verilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko vətəndaşlara may bayramlarında xaricə səfər etməməyi tövsiyə edib.
Onun sözlərinə görə, belə səfərlər istirahət deyil, “könüllü stress” sayılmalıdır. Onişenko bildirib ki, iqlim və zaman fərqləri səbəbindən xaricə gedənlər sağlamlıqlarına zərər verə bilər: “Ölkədən çıxmaq may tətilində verilə biləcək ən yanlış qərarlardan biridir. Hətta hər şey yaxşı olsa belə, iqlimin və vaxtın kəskin dəyişməsi orqanizm üçün stressdir”.
Bununla yanaşı, statistik göstəricilər Rusiyada daxili turizmə marağın da azaldığını göstərir. Travelline platformasının məlumatına görə, may bayramları üçün otel rezervasiyaları ötən illə müqayisədə 11,1 faiz azalıb.
Ən böyük azalma isə Krasnodar diyarı-nda qeydə alınıb — burada rezervasiyalar 20,7 faiz düşüb. Buna səbəb kimi regionda davam edən ekoloji fəlakət göstərilir.
Məlumata görə, Tuapse şəhərində neft emalı zavoduna hücumlar və yanğınlar nəticəsində yanacaq məhsulları ətrafa yayılıb. Hakimiyyət fövqəladə vəziyyət elan edib və havada benzol səviyyəsinin normadan yüksək olduğunu açıqlayıb.
Bundan əlavə, neft sızması nəticəsində çirklənmə Tuapse çayı və Qara dəniz-ə yayılıb, şəhərdə isə “qara yağış” müşahidə edildiyi bildirilir.
Musavat.com