EN

Kadırov Putinə: Piyada kimi xidmət edəcəyəm

Kreml görüşündə həm müharibə, həm də seçkilər mövzusu önə çıxdı.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında işçi görüş keçirilib.

Kadırov görüşdə regionun sosial-iqtisadi vəziyyəti barədə hesabat verərək ümumi regional məhsulun artdığını və işsizliyin azaldığını iddia edib. O, həmçinin Çeçenistandan 70 mindən çox şəxsin Ukraynada davam edən müharibədə iştirak etdiyini bildirib.

Bununla yanaşı, daşqınların nəticələrinin aradan qaldırılması və qarşıdan gələn regional və parlament seçkilərinə hazırlıq məsələləri də müzakirə olunub.

Putin çıxışında region sakinlərinin müharibədə iştirakına görə təşəkkür edib, eyni zamanda təhsil və səhiyyə sahələrinin inkişafının vacibliyini vurğulayıb və Kadırova seçkilərdə uğurlar arzulayıb.

Kadırov isə cavabında seçicilərin dəstəyinə arxalandığını bildirərək “piyada kimi xidmət edəcəyini” və “etimadı doğruldacağını” deyib.

Musavat.com

Chosen
59
28
musavat.com

10Sources