EN

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Bir çox sərnişin axşam uçuşlarını daha rahat hesab etsə də, mütəxəssislər bunun əksini düşünür. 

Ölkə.az xəbər verir ki, səhər tezdən həyata keçirilən reyslər həm daha az stressli, həm də daha etibarlı sayılır.

Stüardessa Kerolayn bildirib ki, sərnişinlər, hətta erkən oyanmağı sevməsələr belə, səhər saat 5-6 arası reysləri seçməlidirlər. Onun sözlərinə görə, günün əvvəlində olan uçuşlar daha rahat keçir və gecikmə ehtimalı daha az olur.

Mütəxəssis qeyd edib ki, erkən saatlarda uçan sərnişinlər həm də daha ucuz biletlər əldə edə və daha yaxşı yerlər seçə bilirlər. Bu, axşam reyslərinə daha çox tələbatla izah olunur.

Ekspertlər sərnişinlərin ən çox etdiyi səhvlərdən birinin transfer vaxtlarını düzgün hesablamamaq olduğunu da bildirir. Tövsiyə olunur ki, bir neçə reysdən ibarət səfərlərdə uçuşlar arasındakı vaxt mütləq nəzərə alınmalıdır.

Məlumata görə, səhər saat 5-6 arası reyslərdə gecikmələr orta hesabla 6-8 dəqiqə təşkil edir. Gün irəlilədikcə isə gecikmələrin artdığı qeyd olunur və ümumi gündəlik orta gecikmə 20 dəqiqəyə çatır.(lent.az)

Chosen
5
2
olke.az

3Sources