Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərdə yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sözügedən məktəbin 9-cu sinif şagirdi olan 2011-ci il təvəllüdlü Ü.Niyazlı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 9-cu sinif şagirdi olan Ü.Niyazlını həmin məktəbin 8-ci sinif şagirdi aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır./unikal.az/