EN

Bu 6 məhsulda düşündüyünüz qədər çox protein yoxdur

Bir çox insan bəzi qidaları "protein bombası" kimi qəbul etsə də mütəxəssislər bildirirlər ki, onların əksəriyyətində protein miqdarı gözlənildiyindən xeyli azdır.

Day.Az xəbər verir ki, Harvard Health və digər mənbələrə görə, əsl yüksək-protein qidada kalorilərin ən az 20%-i zülaldan gəlməlidir.

Siyahıya badam südü, avokado, humus, qranola batonları, fıstıq yağı və kəsmik daxildir. Məsələn, badam südündə cəmi 2 qram, avokadoda 1,5 qram, humusda isə 2 qram civarında protein var. Fıstıq yağı və kəsmik nisbətən daha yaxşı göstəriciyə malik olsa da, yenə də tam protein mənbəyi sayılmır.

Mütəxəssislər vurğulayır ki, real protein ehtiyacını qarşılamaq üçün əsasən balıq, toyuq əti, hinduşqa əti və paxlalılar kimi qidalara üstünlük vermək daha effektivdir.

Chosen
47
day.az

1Sources