EN

Çempionlar Liqası: “Atletiko” “Arsenal”la heç-heçə etdi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Msport.az xəbər verir ki, “Atletiko” Madriddə “Arsenal”la qarşılaşıb.

“Metropolitano” stadionunda baş tutan görüş heç-heçə başa çatıb – 1:1. Qonaq komandanın oyunçusu Viktor Dyekereş 44-cü dəqiqədə penalti ilə hesabı açıb. İspaniya komandasının cavab qolunu 56-cı dəqiqədə Xulian Alvares vurub.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu “Bavariya”nı 5:4 hesabı ilə üstələyib.

Chosen
58
2
msport.az

3Sources