BAKI, 30 aprel. TELEQRAF
İspaniya İkinci Divizionunda oynayan "Real Zaragoza"nın qapıçısı Esteban Andrada "Hueska" (1:0) ilə oyunda rəqibinə yumruq vurduğuna görə cəzalandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi qərar qəbul edib.
Qurum argentinalı qapıçını matçın son dəqiqələrində meydanın mərkəzinə qaçaraq Xorxe Pulidonun üzünə yumruq vurduğuna görə 13 oyunluq cəza verib.
Mövsümün sonunda müqaviləsi başa çatacaq 35 yaşlı qolkiper cəzası və müqaviləsinin uzadılmaması səbəbindən bir daha "Real Zaragoza" formasını geyinə bilməyəcək.