Ən bariz nümunə 1991-ci il Alma-Ata Bəyannaməsidir ki, onun prinsipləri parlament səviyyəsində bu günə qədər faktiki olaraq tanınmayıb. İndi isə Paşinyan və onun tərəfdarları hər fürsətdə bu beynəlxalq prinsipi tərifləməyə çalışırlar, onların əsas istəyi özləri əvvəlki illər ərzində inkar etdikləri "Ermənistan SSR"-in sərhədlərinin tanınmasına nail olmaqdır. Və baş nazirin yaxasındakı qeyri təbii Zəngəzur çıxıntısı ilə birgə o yöndəmsiz nişan baxmaq kifayyətdir...
Və sonra, Estoniyanın mərhum prezidenti Arnold Rüütelin dediyi kimi, "Cənubi Qafqazın Miloşeviçləri" - iki cinayətkar Köçəryan və Sarkisyan naftalindən pırtlayıb ortaya çıxdı. Əlbəttə ki, onlar güc balansını dəyişdirə və "Qarabağı qaytara" bilməyəcəklərini başa düşürlər və hətta bunu edəcəklərinə söz versələr belə, ağlı başında olan heç kim onlara inanmaz. Lakin, Nyu-Yorkun axmaq meri kimi "iplərini dartanlar" tərəfindən onlara verilən rola uyğun olaraq, siyasi leksikonlarında köhnə süarları saxlamağa çalışırlar.
Açıq danışsağ isə, Azərbaycanda bir çoxları düşmənin səhv etməsini və çaşmasını səbirsizliklə gözləyir...