EN

Türkiyədə sel fəlakəti: ÖLƏN VAR -VİDEO

Türkiyənin cənubunda yerləşən Adana şəhərində aramsız yağan yağışlar sel fəlakətinə səbəb olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sel suları səbəbindən magistralda avtomobillərin hərəkəti tamamilə dayanıb.

 

Selə düşən avtomobillərdən birində sürücü və sərnişin çətin vəziyyətdə qalıb. Onlar maşından çıxsa da, şiddətli axıntıya qapılıblar. Sürücü xilas edilib, lakin sərnişin boğularaq ölüb.

 

Ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır.


Chosen
29
3
senzor.az

4Sources