ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə məktəblilər arasında baş verən insident zamanı xəsarət alan şəxsin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.Bizim.Media-nın yerli bürosuna Gəncə Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 30.04.2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü oğlan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına yerləşdirilib.“Döş qəfəsinin kəsilmiş yarası diaqnozu qoyulan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda bildirilib.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.