EN

Tarixdə bu gün – 30 aprel nə günüdür?

Tarixdə
Tarixdə hər bir gün müxtəlif hadisələrlə yadda qalır. 1news.az 30 aprel tarixində dünyada və ölkədə baş vermiş hadisələri təqdim edir:
1563-cü il 30 aprel- Kral VI Çarlzın əmrilə bütün yəhudilər Fransadan qovulmağa başlandı. 1789-cu il 30 aprel - Nyu-Yorkun Uoll-Stritdəki Federal Zalın eyvanında Corc Vaşinqton ABŞ-nin ilk seçilmiş prezidenti kimi and içib. 1803-cü ilin 30 aprelində - Amerika Birləşmiş Ştatlarının ərazisi 2 dəfə artdı. Belə ki, ABŞ Luiziana torpaqlarını Fransadan 15 milyon dollar qarşılığında satın aldı. 1812-ci il 30 aprel - Luiziana ABŞ-nin 18-ci ştatı olub. 1937-ci il 30 aprel - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Koroğlu" operasının premyerası keçirilmişdir. 30 aprel 1945-ci ildə - İkinci Dünya müharibəsində Berlində faşist Almaniyasına qarşı son döyüş – Reyxstaqa hücum başlayıb.
1991-ci il 30 aprel - CERN ümumdünya hörümçək toru protokollarının pulsuz olacağını elan edib. 1991-ci il 30 aprel - Qarabağ müharibəsi: Qarabağ və Ermənistanda Çaykənd əməliyyatı başlamışdır. 1992-ci il 30 aprel - Kəlbəcər rayonundakı Ermənistan Silahlı Qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edilib. 1993-cü ilin 30 aprel - tarixində dünya miqyasında mühüm və ən geniş ünsiyyət şəbəkəsi olan “World Wide Web” (www) yarandı. 1996-cı il 30 aprel- Azərbaycan və Andorra arasında diplomatik əlaqələr qurulmuşdur. 2009-cu il 30 aprel - Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş vermişdir. 2020-ci il 30 aprel - Tacikistanda ilk dəfə COVID-19 qeydə alınıb. Qeyd edək ki, 30 aprel tarixi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür. Bununla yanaşı bu gün həm də Beynəlxalq Caz Günü kimi qeyd olunur.


Chosen
29
1news.az

1Sources