EN

Cerom Pauell FED sədrliyindən gedəcəyi tarixi açıqladı

Enerji qiymətlərinin yüksək olması ABŞ-da qısamüddətli inflyasiyaya səbəb olacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerom Pauell əsas baza faiz dərəcəsinin dəyişilməz saxlandığı iclasdan sonra mətbuat konfransında deyib. O əlavə edib ki, Yaxın Şərq münaqişəsinin Amerika iqtisadiyyatına uzunmüddətli təsiri və onun miqyası bəlli deyil.

Pauellin sözlərinə görə, inflyasiya artıq sürətlənib və qismən qlobal enerji qiymətlərinin kəskin artması səbəbindən yüksəlib.

Pauell həmçinin 15 mayda sədr vəzifəsindən gedəcəyini, lakin bir müddət Federal Ehtiyat Sisteminin İdarə Heyətində qalmağı planlaşdırdığını deyib: "Sədr səlahiyyətlərim 15 mayda başa çatdıqdan sonra müəyyən müddətə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərməyə davam edəcəyəm".

O, əlavə edib ki, İdarə Heyətinin üzvü kimi özünə çox diqqət çəkməyi planlaşdırmır: "Getmək vaxtı çatana qədər qalacağam. Bilirsiniz, mən tanınmış dissident və ya bu kimi bir şey olmağa çalışmıram. Bu məsələnin digər aspektlərinə daha çox baxıram. Vəziyyətin sakitləşməsini və sahib olduğumuz insanlar üzərində qurulmuş, onları konsensusa gətirən və bu konsensusa hörmət edən ənənəvi əməliyyat modelinə qayıtmağımızı istərdim. Ümid edirəm ki, bunu görəcəyəm".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Pauelli sərt tənqid edib və onun vəzifəsindən azad edilməsini tələb edə biləcəyini bildirib. Trampın fikrincə, FED əsas faiz dərəcəsini davamlı olaraq aşağı salmalıdır. O iddia edir ki, FED ABŞ hökumətinin borclanma xərclərini yüksək saxlamaq üçün bunu qəsdən dayandırıb. Pauell dəfələrlə istefa vermək niyyətində olmadığını bildirib. Onun səlahiyyət müddəti may ayının ortalarında başa çatır.

Musavat.com

Chosen
69
musavat.com

1Sources