EN

Hakim VAR da epizoda 13 dəfə baxdı, amma yenə də yanlış qərar verdi Mikel Arteta

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin səfər oyununda "Atletiko Madrid"lə heç-heçə etdikləri görüşü şərh edib.

Fanat.Az xəbər verir ki, "topçular"ın ispaniyalı çalışdırıcısı klubun saytına fikirlərini bildirib:

"Azarkeşlərin yaratdığı enerji və atmosferlə bu stadionda Çempionlar Liqasının yarımfinal oyununu oynamaq bir şərəfdir. Yaxşı anlar yaşadıq. 

İlk hissənin sonunda penalti qazandıq. Təəssüf ki, ikinci hissəyə bir az ehtiyatsız başladıq. Məhz o zaman onlar bundan istifadə etdilər. 

Məni daha çox əsəbiləşdirən Ebereçi Ezenin epizodunda penaltinin olmamasıdır. Daha dəqiq desək, lehimizə təyin olunan penaltinin ləğv edilməsi. Oyunun gedişatını dəyişdirən açıq-aşkar səhvidir. Bu səviyyədə turnirdə bu, baş verə bilməz. Həm hakimlərin qərarından, həm də oyunun bu qədər uzun çəkməsindən narazı qaldım. Hakim epizodu bəlkə də 13 dəfə izlədi, amma yenə də tam mənzərəni görə bilmədi. Dözülməz dərəcədə uzun çəkdi və yanlış qərar verildi. 

Komandamın bugünkü performansı ilə həqiqətən fəxr edirəm və bunu uşaqlara da dedim. Doqquz ay yarım ərzində istənilən vəziyyətin öhdəsindən gələ bilmişik ki, bu da əladır. Onların etdiklərini həqiqətən yüksək qiymətləndirirəm, çünki mövsümün bu mərhələsində dünyanın ən yaxşı komandalarından bəzilərinin dağıldığını görmüşəm.

Bu gün istədiyimiz nəticəni əldə edə bilmədik. Oyunu elə planlaşdırmışdıq ki, qalib gəlmək istəyirdik, amma duelin taleyi hələ də öz əlimizdədir. Azarkeşlərimizin qarşısında finala çıxmaq yaxşı olardı. Bir həftə sonra bu fürsətimiz olacaq".

"Arsenal" və "Atletiko Madrid" arasında cavab oyunu mayın 5-də "Emirates" stadionunda keçiriləcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
1
fanat.az

2Sources