ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu, Mətbuat prospektində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 29-da saat 09:48 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı kişi işıqforun yaşıl siqnalını nəzərə almadan qaçaraq yolu keçməyə cəhd edir. Nəticədə o, hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradır.
Belə ki, ön zolaqda hərəkət edən sürücü piyadanı vurmamaq üçün son anda istiqamətini dəyişərək sağ zolağa manevr edir. Hadisədən dərhal sonra piyada yoluna davam edərək arxadan gələn avtomobilin hərəkət trayektoriyasına da müdaxilə edir və növbəti dəfə qəza ehtimalını artırır.
Eyni zamanda piyada yolu keçid keçməyib. Videoda hadisə yerindən bir qədər irəlidə piyada keçidi mövcud olduğu görünür.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.