EN

“Urban Breakfast”: Bolqarıstan WUF13-ə hazırlığı müzakirə edəcək

Azərbaycandakı səfirliyinin dəstəyi ilə cümə axşamı günü Bolqarıstanda Beynəlxalq “Urban Breakfast” tədbiri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyasına hazırlıq məqsədilə ZOOM platformasında hibrid formatda baş tutacaq.

Yerli vaxtla saat 11:00-da başlayacaq konfransda Bolqarıstan akademik ictimaiyyətinin, Sofiya meriyasının və İzqrev rayonunun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Təşkilatçılar arasında UN-Habitat, WUF13 Təşkilat Komitəsi, UNEC və Azərbaycan Memarlıq və İnşaat Universiteti var.

İştirakçılar davamlı şəhərsalmanın cari məsələlərini və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Həm oflayn, həm də onlayn iştirakçılar tədbirə qoşula biləcəklər.

Chosen
40
2
yeniazerbaycan.com

3Sources