EN

Medvedevdən İran proqnozu: Müharibə bitməyəcək, onlara pul qazandırır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaxın Şərqdəki gərginliklə bağlı şərh bildirib.

Publika.az xəbər verir ki, Medvedev regiondakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyini və bunun arxasında böyük iqtisadi maraqların dayandığını bildirib.

Rusiya rəsmisi vurğulayıb ki, hazırkı xaos müəyyən qüvvələr üçün gəlir mənbəyinə çevrilib: “Hesab edirəm ki, bu münaqişə yaxın gələcəkdə bitməyəcək, çünki xaos pul gətirir. Müharibənin uzanmasında çox sayda ölkə və müxtəlif qüvvələr maraqlıdır”.

Medvedevin sözlərinə görə, insanların çəkdiyi əzablara baxmayaraq, həm daxili, həm də xarici oyunçular münaqişəni dayandırmaq əvəzinə, ona “benzin tökməyə” davam edirlər.

Chosen
30
publika.az

1Sources