EN

Qubada WUF13 Festivalı başladı

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə aprelin 30-da Quba şəhərində WUF13 Festivalına start verilib.

Aznews.az xəbər verir ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.

Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də ADPU-nun dəvəti ilə Özbəkistandan gələn qonaqlar iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov və WUF13 Azərbaycan əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

E.Hüseynzadə vurğulayıb ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştirak etməyə dəvət edib.

Chosen
40
9
aznews.az

9Sources