EN

Paşinyan: Ermənistan Sülh Şurasına öz maliyyə töhfəsini verməlidir

BAKI, 30 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin təsisçilərindən biri olduğu Sülh Şurasının fəaliyyətinə maliyyə vəsaiti ayırmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazir hökumətin iclasından sonra keçirilən brifinqdə bəyan edib.

N. Paşinyan vurğulayıb ki, Ermənistanın Sülh Şurası qarşısında hər hansı məcburi maliyyə öhdəliyi yoxdur və burada könüllülük prinsipi əsas götürülür:

"Heç bir maliyyə öhdəliyi yoxdur, könüllülük prinsipi var. Hesab edirəm ki, Ermənistan hər yerdə boynubükük dayanan "kasıb qohum" statusundan çıxmalıdır. Biz imkanlarımız daxilində öz töhfəmizi verməliyik. Öhdəliyimiz olmasa da, mən bu prosesdə iştirak etməli olduğumuzu düşünürəm və biz iştirak edəcəyik".

Chosen
53
teleqraf.com

1Sources