EN

ABŞ-də xarici yardımlar azalır

ABŞ Nümayəndələr Palatasının Apropriasiyalar Komitəsi Milli Təhlükəsizlik, Dövlət Departamenti və əlaqəli proqramları maliyyələşdirən qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, xarici siyasət proqramları üçün 47,32 milyard dollar ayrılması nəzərdə tutulur ki, bu da 2026-cı maliyyə ili ilə müqayisədə təxminən 6% azdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, təklif olunan azalmalar əsasən BMT kimi beynəlxalq qurumlara, qlobal səhiyyə və humanitar yardım proqramlarına təsir edəcək. Bununla belə, bu ixtisar əvvəl təklif edilən 30%-lik azalmadan xeyli aşağıdır.

Qanun layihəsi növbəti mərhələdə Nümayəndələr Palatasının ümumi iclasında müzakirə olunacaq və qəbul edilməsi üçün Senatla razılaşdırılmalıdır. Respublikaçı konqresmen Mario Diaz-Balart bildirib ki, xərclərin azaldılması dövlət borcunun idarə olunması baxımından vacibdir.

Chosen
41
qht.az

1Sources