EN

Avtomobil nəhəngi bütün hissələrini satır: Heç kim gözləmirdi

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyanın nəhəng avtomobil istehsalçısı “Porsche” ortaq strukturunda ciddi dəyişiklik edir. Şirkət “Bugatti Rimac” və “Rimac Group”dakı bütün paylarını satmaq qərarı verib.

Bakupost.az xəbər verir ki, razılaşmaya əsasən, “Porsche”nin “Bugatti Rimac”dakı 45%, “Rimac Group”dakı 20,6% səhmləri “HOF Capital” rəhbərliyində olan investorlar qrupuna ötürüləcək. Konsorsiumda “BlueFive Capital” əsas pay sahibi kimi çıxış edir.

Satış məbləği açıqlanmasa da, proses başa çatdıqdan sonra “Rimac Group”un rəhbəri Met Rimakın şirkət üzərində təsirinin daha da artacağı gözlənilir.

Röya Rizvanzadə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
www.bakupost.az

1Sources