ain.az, Fanat portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 1-ci pillədə mövqe tutan, hazırda ən yaxın izləyicisi "Əl-Hilal"ı 8 xal qabaqlayan "Əl-Nəsr"in 41 yaşlı superulduzu Kriştianu Ronaldu oynadığı çempionat barədə səsləndirilən tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçunun sözlərini "Record" belə çatdırıb:
"Hamı şikayətlənir. Hamı etməli olduğundan artığını edir. Bu, futboldur, müharibə deyil. Bilirik ki, hamı qalib olmaq istəyir, amma bu, mümkün deyil. Sözümü mövsümün sonunda deyəcəyəm, çünki çox pis şeylər görürəm. Oyunçuların əksəriyyəti hakimlərdən, liqadan, layihədən şikayətlənir. Belə yanaşmanın doğru olmadığını düşünürəm. Biz Avropa ilə rəqabət aparmaq, ən yaxşı liqalardan biri adı uğrunda mücadilə etmək istəyiriksə, nümunə olmağı bacarmalıyıq. Söz-söhbəti bitirməli, vəziyyəti təhlil etməli və Səudiyyə Ərəbistanı liqası ilə danışmalıyıq. Çünki məncə bu, artıq futbol deyil".
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.