EN

“Prezident Kuboku 2026”: Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Azər İlyasov Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında qızıl medal qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal qazanıb.

Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı 4-ə çatıb. Təmsilçilərimiz daha əvvəl 2 gümüş və 1 bürünc medala sahib çıxıblar.

Chosen
52
8
idmanxeber.az

10Sources