ain.az bildirir, Redaktor.az portalına istinadən.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandiri Məcid Musəviyə aid edilən açıqlamada ABŞ-yə qarşı sərt xəbərdarlıq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Upscroll” platformasında yayılan paylaşımda məlumat yer alıb.
Məlumata görə, açıqlamada qeyd olunub ki, İran ABŞ əməliyyatlarına qısa müddətli olsa belə, “uzun və genişmiqyaslı zərbələrlə” cavab verəcək.
Bildirilib ki, paylaşımda “düşmənin əməliyyatlarına, hətta qəfil və qısa müddətli olsa belə, ağrılı, uzun və genişmiqyaslı zərbələrlə cavab veriləcəyi” vurğulanıb.
Qeyd olunub ki, mesajda regiondakı ABŞ bazalarına və hərbi gəmilərə də işarə edilərək onların hədəf ola biləcəyi bildirilib.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.