EN

Xaos içində qələbə: Ronaldo türk futbolçu ilə dava etdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı peşəkar liqasının növbəti tur matçı “Əl-Nəsr” və “Əl-Əhli” arasında baş tutub və Kriştianu Ronaldonun komandası 2:0 hesabı ilə qələbə qazanıb. Lakin final fitindən sonra meydanda böyük gərginlik yaşanıb.Demokrat.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, oyunda qolları Kriştianu Ronaldo və Kinqsli Koman vurub. Bu nəticə “Əl-Nəsr”in turnir cədvəlinin yuxarı pillələrində mövqeyini möhkəmləndirməsinə və qələbə seriyasını davam etdirməsinə imkan verib.Bununla belə, matçdan sonra qələbə ab-havası qısa müddətdə xaosa çevrilib. Oyun bitdikdən dərhal sonra türk futbolçu Merih Demiral (Əl-Əhli) ilə Ronaldu arasında mübahisə yaşanıb. Hadisəyə İvan Toni (Əl-Əhli) və Navaf Buşal (Əl-Nəsr) da qoşulub və onlar arasında emosional söz atışmaları qeydə alınıb.Meydanda gərginlik yüksək səviyyədə olub, futbolçuların jestlərlə bir-birinə etiraz etdiyi və digər oyunçuların vəziyyəti sakitləşdirməyə çalışdığı bildirilir.Hadisələrə baxmayaraq, “Əl-Nəsr”in bir qrup oyunçusu qələbəni azarkeşlərlə birlikdə qeyd etməyə davam edib. Ronaldo matçsonrası müsahibəsində çoxsaylı titullarını və təcrübəsini xatırladaraq komandasının üstünlüyünə işarə edib.O, həmçinin liqadakı ümumi atmosferi tənqid edib və futbolçuların davamlı şikayətləri ilə hakim qərarlarına etirazların çempionatın imicinə zərər verdiyini bildirib. Ronaldo liqanın Avropanın aparıcı turnirlərinin səviyyəsinə uyğunlaşmalı olduğunu vurğulayıb.Matçdan sonra Merih Demiral da hakimliyi sərt tənqid edərək ədalətsiz qərarlar və oyundakı gərginliyin artmasından danışıb.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
demokrat.az

1Sources