EN

Flora Kərimova ilə bağlı yayılan xəbərlər doğrudur? ÖZÜ DANIŞDI

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Vəziyyətim ağır deyil. Bilmirəm niyə sosial şəbəkələrdə belə xəbərlər yayılır, yəqin sensasiya xatirinədir. Məndə hər şey qaydasındadır”.

Bunu “Yeni Sabah”a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

84 yaşlı sənətçi bildirib ki, bir müddət əvvəl yıxılaraq qolunu sındırıb, lakin müalicədən sonra vəziyyəti yaxşılaşıb:

“Sadəcə, bir müddət əvvəl yıxılmışdım, qolum zədələnmişdi, hətta sınmışdı. Həkimə getdim, müalicə aldım. Şükür, indi düzəlib. Artıq o qolumla müəyyən işləri görə bilirəm. Yaş da öz sözünü deyir. Narahat olmayın, hər şey yaxşıdır. Qısası vəziyyətim ağır deyil, ölsəm, birinci siz jurnalistlər biləcəksiniz”.

 Əsmətxanım Rzazadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
4
yenisabah.az

5Sources