EN

Beynəlxalq Cinayət Məhkəməsinin üz qarası Okampo hər vasitəyə əl atır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Okampo heç vaxt o istəmirdi ki, Azərbaycanla Ermənistan arasında oturuşmuş sülh əldə olunsun. Qarabağ ermənilərinin tezislərini bir ağızdan təkrar edirdi və guya onların təəssübünü çəkirdi. Bu, bir daha onu göstərirdi ki, bu adam bu proseslərə qərəzsiz yanaşmır, əksinə, onun özünün gözləntisi qərəzlidir".

Demokrat.az xəbər verir ki, bunu politoloq Tofiq Abbasov Luis Okampo ilə bağlı qalmaqallı görüntüləri şərh edərkən deyib."Umacağı həm siyasi, həm də maddi dividendlər var idi. Ona görə də gözlənilmədən meydana atılıb, sinəsinə vururdu ki, guya bu ermənilərin təəssübünü çəkir. İndi seçkilər öncəsi bir neçə düşərgə var. Bu prosesdə onlar artıq seçki kampaniyası ilə bağlı savaşa qoşulublar. Burada Avropanın diaspora strukturları var ki, onların üzərində Fransa dayanır və Akunyana tərəfdir".Politoloq bildirib ki, ən paradoksalı odur ki, Amerika Birləşmiş Ştatlarındakı ANQA-nın rəhbərliyi mövqelərini demək olar ki, Rusiya daxilində erməni proseslərini idarə etmək istəyən qüvvələrlə üst-üstə qoyur:"Amerika təşkilatları, Avropa təşkilatları və Rusiyadakı təşkilatları kimi bir neçə qütb yaranıb. Bunların hamısının qayəsi ondan ibarətdir ki, birinci növbədə Paşinyanı uduzdursunlar və istəklərinə nail olsunlar. Erməni cəmiyyəti yeni müharibədən son dərəcə qorxur və o qorxu onların canına hopub. Qondarma soyqrımın 111-ci ildönümündə meydanlarda Türkiyənin bayrağını yandırırlar, amma Azərbaycanın bayrağı orada görünmədi və yandırmadılar. Yəni, bunlar erməni cəmiyyətinə mesaj verirlər ki, bizim davamız, bizim nifrətimiz Türkiyəyə aiddir, Azərbaycanla artıq biz barışırıq. Azərbaycanın onlara kömək əlini uzatdığını, benzin verdiyini, yanacaq verdiyini, taxılın gətirilməsi üçün gələn tranzitləri açdığını deyə bilmirlər. Etiraf etməsələr də, məsələnim kökündə bu səbəblər dayanır". Politoloq deyib ki, indi Luis Okampon bu proseslərdə iştirak edir:"O, istəyir ki, bulanıq suda öz balığını tutsun. Luis Okampo Beynəlxalq Məhkəmədə kifayət qədər fırıldaqlar edib, bəzi sxemlər üzrə variantları işləyib, qazanclar əldə edib və s. İndi də erməni diaspor strukturları Luis Okampoya çox böyük nəvaziş göstərirlər, o da bundan istifadə edir. Faktlar ondan xəbər verir ki, bütün bu qrupların hamısı Ermənistanın hüdudlarından kənardadırlar. Onların düşməni Nikol Paşinyanın hakim partiyasıdır. Çalışırlar ki, maksimal dərəcədə ona təzyiqlər göstərsinlər, məğlub olsalar belə, parlamentdə bunların kifayət qədər səsləri olsun. Bununla da hakimiyyətin idarəçiliyinə mane olmağa çalışacaqlar. Seçki günü yaxınlaşdıqca təbliğat maşınları hamısı var gücü ilə işləyir, dezinformasiyalar, feyklər, uydurmalar ortaya atır. Eləcə də bu cür fiqurlar, proseslərdə iyrənc, çirkin oyunlara qoşulub, öz xeyirlərini güdürlər. Erməni xalqı haqqında düşünən demək olar ki, yalnız və yalnız insanların özləridir və bir qədər də Nikol Paşinyanın hakimiyyətdə olduğu iqtidardır", - deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
demokrat.az

1Sources