EN

“İrana yox, ölkənizə və Ukraynaya fokuslanın” - Tramp Merzə atmaca ATDI

ABŞ Prezidenti Donald Tramp Almaniya kanslerinə dair tənqidi paylaşım edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

Məlumata görə, o, Almaniya kanslerini İrana yönəlik mövzulardan çox ölkəsinin daxili problemlərinə və Ukrayna müharibəsinə diqqət ayırmağa çağırıb.

Tramp yazıb: “Almaniya kansleri Rusiya–Ukrayna müharibəsini bitirməyə (tamamilə səmərəsiz olduğu yerdə) və dağılmış ölkəsini, xüsusilə immiqrasiya və enerji sahələrini düzəltməyə daha çox vaxt sərf etməlidir, İranın nüvə təhdidindən qurtulmağa çalışanlara müdaxilə etməyə isə daha az vaxt ayırmalıdır”.

Qeyd olunub ki, ABŞ Prezidenti bu yanaşmanın Almaniya da daxil olmaqla dünyanı daha təhlükəsiz edə biləcəyini bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
24
1
redaktor.az

2Sources