Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarının yekunlarına görə, otellərin və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 128,7 milyon manat təşkil edib.
Azreform.info xəbər verir ki, hesablamalara əsasən, ötən rüb ərzində əldə olunan gəlirlərin strukturunda əsas paylar aşağıdakı kimidir:
58,2% — nömrələrin (otaqların) satışı;
27,3% — ictimai iaşə xidmətləri;
3,8% — müalicə və sağlamlıq xidmətləri;
10,7% — digər xidmətlər.