AZ

Azərbaycan hotellərinin gəlirləri artıb - RƏQƏMLƏR

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarının yekunlarına görə, otellərin və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 128,7 milyon manat təşkil edib.

Ölkə.Az xəbər verir ki, hesablamalara əsasən, ötən rüb ərzində əldə olunan gəlirlərin strukturunda əsas paylar aşağıdakı kimidir:

58,2% — nömrələrin (otaqların) satışı;

27,3% — ictimai iaşə xidmətləri;

3,8% — müalicə və sağlamlıq xidmətləri;

10,7% — digər xidmətlər.

Seçilən
33
2
olke.az

3Mənbələr