EN

Britaniya hərbçiləri Yaxın Şərqdə antidron əməliyyatlarına başladılar

Böyük Britaniyanın Hərbi Hava Qüvvələri (RAF) Yaxın Şərq regionunda pilotsuz uçuş aparatlarına (PUA) qarşı LMM raketlərini tətbiq edib.

Redaktor.az məlumat verir ki, qurum müvafiq görüntüləri "X"-də dərc edib.

Verilən xəbərə görə, son aylar ərzində Yaxın Şərqdəki antidron qrupları 24 saat ərzində çalışaraq həm Britaniya hərbçilərini, həm də müttəfiq və tərəfdaş qüvvələri davamlı PUA hücumlarından müdafiə edirlər.

O da vurğulanır ki, RAF alayının şəxsi heyətinin üzvləri beş və daha çox hava hədəfini zərərsizləşdirərək "AS" dərəcəsini qazanıblar.

Chosen
75
1
redaktor.az

2Sources