EN

Gürcüstanda Müdafiə Qüvvələrinin yaradılmasının 35 illiyi qeyd olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Gürcüstan Müdafiə Qüvvələrinin yaranmasının 35 ili tamam olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Qüvvələri Günü Vazianidəki 4-cü Piyada Briqadası Hərbi Bazasında təntənəli tədbirlə qeyd olunub.

Tədbirdə Gürcüstanın Baş naziri, Prezident, müdafiə naziri, parlamentin sədri çıxış edib, hər bir dövlətdə və xalqların həyatında ordunun rolunu qeyd ediblər. Çıxışlarda dünyada və regionda gedən proseslər, sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar qeyd olunub.

Yubiley tədbirində Gürcüstanda akkreditə olunmuş ölkələrin səfirlikləri, hərbi attaşelər, o cümlədən Azərbaycan səfirliyinin nümayəndəsi də iştirak edib.

Tədbirin sonunda Gürcüstan Müdafiə Qüvvələrinin hərbi texnikasına baxış keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
azertag.az

1Sources