ABŞ-nin müasir müharibə şəraitinə tam hazır olmadığı ilə bağlı fikirlər yenidən müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, New York Times-ın yaydığı məlumatda bu qənaətin xüsusilə İran ətrafında baş verən hərbi-siyasi proseslər fonunda səsləndirildiyi bildirilir.
Qeyd olunur ki, İranın Hörmüz boğazı üzərində nəzarəti və bölgədəki hərbi imkanları ABŞ üçün əlavə risklər yaradır. İranın pilotsuz uçuş aparatları və raket sistemləri Vaşinqtonun regiondakı müttəfiqləri üçün təhlükə mənbəyi kimi qiymətləndirilir.
Məlumata görə, Pentaqon-a yaxın hərbi ekspertlər hesab edir ki, yaranmış vəziyyət qeyri-adi balans formalaşdırıb. Onların sözlərinə görə, “nisbətən zəif ölkənin daha güclü danışıqlar mövqeyi qazanması klassik müharibə qaydalarının dəyişdiyini göstərir”.
Analizdə vurğulanır ki, bu tendensiya müasir müharibə strategiyalarında texnologiya, coğrafiya və asimmetrik imkanların rolunun artdığını ortaya qoyur.
Musavat.com