EN

Quql “Qarderob” funksiyasını təqdim edəcək

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Quql şirkəti “Quql fotoları”​ tətbiqində istifadəçilərə süni intellekt vasitəsilə geyim seçməyə kömək edəcək yeni “Qarderob” funksiyasını istifadəyə verməyə hazırlaşır.

“Qafqazinfo” “MacRumors”a istinadən xəbər verir ki, bu funksiya istifadəçinin qaleriyasındakı şəkilləri analiz edərək avtomatik şəkildə rəqəmsal qarderob yaradacaq və geyimləri kateqoriyalara böləcək.

Məlumata görə, tətbiqin “Kolleksiyalar” bölməsində ayrıca “Qarderob” hissəsi yerləşəcək.

Burada geyimlər üst, alt və digər kateqoriyalar üzrə sıralanacaq. İstifadəçilər müxtəlif geyimləri birləşdirə, kombinlər yarada, nəticələri yadda saxlaya və ya başqaları ilə paylaşa biləcəklər.

Funksiya, həmçinin virtual sınaq imkanı da təqdim edəcək.

Belə ki, istifadəçilər seçdikləri geyimləri rəqəmsal avatar üzərində yoxlayaraq real seçim etməzdən əvvəl görünüşü qiymətləndirə biləcəklər.

Yeniliyin yay aylarında əvvəlcə Android istifadəçiləri üçün təqdim olunacağı, daha sonra isə iOS cihazlara gələcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
qafqazinfo.az

1Sources