EN

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.

"Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" komandasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.

Chosen
60
3
far.az

10Sources