UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AzNews.az xəbər verir ki, “Rayo Valyekano” öz meydanında “Strasburq”la ilə üz-üzə gəlib.
54-cü dəqiqədə Aleşandre Juravski meydan sahiblərinin yeganə qolunu vurub - 1:0.
Digər yarımfinal matçında isə Arda Turanın çalışdırdığı “Şaxtyor Donetsk” “Kristal Palas” ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə ingilis klubunun xeyrinə qurtarıb.