EN

İki ərəb ölkəsi üz-üzə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin kəskinləşməsi ölkələr arasında münaqişəyə çevrilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Junge Welt" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Ərəbistan yarımadasında gərginliyin artmasına BƏƏ-nin OPEK-dən çıxması səbəb olub.

Nəşrin məlumatına görə, Əbu-Dabi gələcəkdə daha çox neft satmağı planlaşdırır, lakin özünü əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEK kvotaları ilə çox məhdudlaşdırılmış hesab edir.

"Junge Welt" iddia edir ki, BƏƏ və Səudiyyə Ərəbistanı arasında xarici siyasət məsələlərində yenidən mübahisə alovlanıb. Əbu-Dabi İsrail və ABŞ ilə daha sıx tərəfdaşlığa meyil etdiyi halda, Ər-Riyad, əksinə, İranla balansın tapılmasını vacib sayır.

Chosen
43
16
publika.az

10Sources