Cəlilabad rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Doğru.az unikal.az-a istinadən xəbər verir ki, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı xəsarət alanlar –
1998-ci il təvəllüdlü Sərraf Qurbanov
1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli
1996-cı il təvəllüdlü Coşqun Rzazadə
1997-ci il təvəllüdlü Tural Rzayev
1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ