EN

BƏƏ-nin OPEC-dən çıxma planı bölgədə gərginliyi artıra bilər

Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmağı planlaşdırması Ərəbistan yarımadasında yeni gərginlik dalğası yarada bilər.

Doğru.az xəbər verir ki, Junge Welt nəşrinin məlumatına görə, bu addımın əsas səbəbi Səudiyyə Ərəbistanı ilə iqtisadi fikir ayrılıqlarıdır. Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri daha çox neft ixrac etmək niyyətindədir, lakin istehsal kvotaları əsasən Ər-Riyad tərəfindən müəyyən edildiyi üçün Əbu-Dabi özünü məhdud hiss edir.

Məqalədə qeyd olunur ki, cəmi on il əvvəl sıx tərəfdaş sayılan iki ölkə arasında münasibətlər son illərdə xarici siyasət səviyyəsində kəskinləşib. Bir müddət İran ilə müharibə fonunda ortaq müdafiə bu gərginliyi arxa plana keçirsə də, sonradan fikir ayrılıqları yenidən üzə çıxıb.

Nəşr vurğulayır ki, Əbu-Dabi rəhbərliyi İsrail və ABŞ ilə daha sıx tərəfdaşlığa üstünlük verir, Ər-Riyad isə İranla balans siyasətini davam etdirməyə çalışır.

Bundan əvvəl La Repubblica da BƏƏ-nin OPEC-dən çıxmasının Yaxın Şərqdəki geosiyasi uçurumu daha da dərinləşdirə biləcəyini yazmışdı.

DOĞRU.AZ

Chosen
19
1
dogru.az

2Sources