EN

ABŞ enerji şirkətlərinin Venesuelaya qayıdışı başladı: İlk müqavilələr imzalandı

Venesuela Amerika şirkətləri Overseas Oil Company və Crossover Energy Holding ilə anlaşma memorandumu imzalayıb.

Musavat.com xəbər verir ki, prezident sarayında keçirilən imzalanma mərasimində Venesuela rəhbəri Delsi Rodrigez iştirak edib.

Rodrigez verilişində bildirib ki, "Amerika Birləşmiş Ştatları və Venesuelanın maraqları üst-üstə düşür və biz Amerika və Venesuela xalqlarının ortaq rifahını təşviq etmək üçün bir-birimizin qarşılıqlı anlaşmasını inkişaf etdirə bilərik". O, Ağ Evin Enerji Dominantlığı üzrə Milli Şurasının icraçı direktoru Jarrod Eygenin rəhbərlik etdiyi amerikalı iş adamlarından ibarət nümayəndə heyətini salamlayıb və onlardan ABŞ prezidenti Donald Trampa Venesuelanın "Amerika Birləşmiş Ştatları ilə uzunmüddətli münasibətlər üçün möhkəm təməl qurmağa hazırlığı" barədə məlumat vermələrini istəyib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rodrigez dövlət neft və qaz şirkəti Petr leos de Venezuela S.A. (PDVSA) rəhbərliyi və Karbohidrogenlər Nazirliyi arasında Amerika nümayəndə heyəti ilə görüşün əsas məqsədi hər iki ölkənin qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirdiyi konstruktiv enerji, mədənçilik və ticarət gündəliyini gücləndirmək olub.

Qeyd edək ki, bundan əvvəl Venesuela BP şirkəti ilə qaz yataqlarının işlənməsinə dair müqavilə imzalayıb. ABŞ enerji şirkətlərinin ölkəyə qayıtması dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuelada ortamüddətli dövrdə neft hasilatının kəskin artımına səbəb ola bilər. 

Musavat.com

 

Chosen
43
musavat.com

1Sources