EN

Rusiya ordusu Ukraynada daha 1420 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1420 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 331 min 710 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 2 tank, 100 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
75
19
missiya.az

10Sources