EN

Bakıda gənclər üçün beynəlxalq forum keçirilir

Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirilir.

AzEdu.az xəbər verir ki, forumun işində 17 ölkənin nümayəndələri iştirak edir.

Tədbirdə ilk dəfə olaraq gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış mütəxəssislər, səhiyyə sahəsi üzrə ekspertlər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər.

İştirakçılar arasında indiki və keçmiş müstəmləkələrdən olan nümayəndələr var ki, bu da müzakirələri xüsusilə aktual edir.

Forumun yekunları üzrə ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşmasında gənclərin rolunun gücləndirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.

Ötən gün forum iştirakçıları "ASAN xidmət" və "DOST xidmət" mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.

Bundan başqa, qonaqlar ADA Universiteti və Milli Məclisdə olublar.

Chosen
43
2
azedu.az

3Sources