Bakıda "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forum keçirilir.
"Far.Az" xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi forumun işində 17 ölkənin nümayəndələri iştirak edirlər.
Tədbirdə ilk dəfə olaraq gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış mütəxəssislər, səhiyyə sahəsi üzrə ekspertlər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edirlər.
İştirakçılar arasında indiki və keçmiş müstəmləkələrdən nümayəndələrin olması müzakirələri xüsusilə aktual edir.
Forumun yekunları üzrə ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşmasında gənclərin rolunun gücləndirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
xatırladaq ki, ötən gün forum iştirakçıları "ASAN xidmət" və "DOST xidmət" mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
Bundan başqa, qonaqlar ADA Universiteti və Milli Məclisdə olublar.