EN

Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu Foto

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.

Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov da vəzifəsindən azad edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
5
qafqazinfo.az

10Sources