EN

Zaqatalada ağacların arasından keçən elektrik naqilləri FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Zaqatalada şəhərin müəyyən ərazilərində elektrik xətlərinin ağaclara, yaxud onun budaqlarına toxunması narahatlıq yaradırdı.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Qaladüzü ərazisində yaşayan sakinlər bu istiqamətdə gedən elektrik naqillərinin yaşıllıqların, xüsusən hündür ağacların budaqları arasından keçdiyini bildirir və hər an təhlükə yarana biləcəyini qeyd edirdilər.Məsələ ilə əlaqədar şəhər nümayəndəliyi və müvafiq idarələrin işə reaksiyası gecikməyib. Dərhal ərazidə budama işləri aparılıb və elektrik naqilləri ağacların budaqlarından təmizlənib.Qeyd edilib ki, növbəti mövsümdə ərazidə daha böyük miqyaslı budama işləri aparılaraq xətlər təhlükəsiz vəziyyətə gətiriləcək.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
1
bizim.media

2Sources