EN

"Rekorda imza atmaq əladır, amma..." - KL tarixinin ən erkən qolunu vuran vinger

Kristal Pelas"ın vingeri İsmaila Sarr UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda - Ukrayna "Şaxtyor"unun qapısına 21-ci saniyədə yol tapmaqla turnirin ən erkən qoluna imza atıb.

Fanat.Az xəbər verir ki, onun 3:1 hesablı qələbə qazandıqları səfər matçının ardından dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Nə vaxtsa belə tez qol vurduğumu xatırlamıram. Rekorda imza atmaq əladır, amma bu, yalnız xoş əlavədir. Əsas olan komandanın uğurudur. Biz həqiqətən özümüzü yaxşı tərəfdən göstərdik". 

Tərəflərin Londondakı "Selherst Park" stadionunda baş tutacaq cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Nihat

Chosen
54
fanat.az

1Sources